26 
Okt
2021
14:12
808

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün imtahan avtomobilləri yeniləri ilə əvəz edildi

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin bütün struktur bölmələrində imtahan avtoparkı yenilənib. 

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi yayıb.

Məlumata görə, sürücülük vəsiqəsi almaq istəyənlər “B” kateqoriyası üzrə praktiki imtahanı müasir, GPS sistemi ilə təchiz edilmiş, SKODA RAPID modelli avtomobillərlə keçirlər.

“İnfrastruktur və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Xidmət Agentliyi tərəfindən praktiki imtahanların keçirilə biləcəyi bütün struktur bölmələrində mərhələli şəkildə infrastruktur və texniki işlər həyata keçirildi.

2021-ci ilin əvvəlində, ilkin mərhələdə, yalnız Rustavi və Qori struktur bölmələrində köhnə imtahan avtomobilləri yeniləri ilə əvəz olundu, daha sonra isə ölkə üzrə bütün struktur bölmələrində avtopark yeniləndi", - deyilir məlumatda.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər