Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Mixail Saakaşvili ilə bağlı onun vəkili hakimiyyətə çağırış etdi

1,156
Mixail Saakaşvili ilə bağlı onun vəkili hakimiyyətə çağırış etdi
Dinləmək üçün basın

"Hakimiyyət atəşlə oynayır, həyati vəziyyətdən danışırıq, buna görə də mən bir daha onları Mixail Saakaşvilini mülki klinikaya yerləşdirməyə çağırıram".

"Hakimiyyət atəşlə oynayır, həyati vəziyyətdən danışırıq, buna görə də mən bir daha onları Mixail Saakaşvilini mülki klinikaya yerləşdirməyə çağırıram".

InterPress.ge xəbər verir ki, bunu Mixail Saakaşvilinin vəkili Qiorqi Qelxauri Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsinə getdikdən sonra bildirib.

Onun sözlərinə görə, çoxfunksiyalı klinikaya 18 saylı tibb müəssisəsində olmayan tibbi yardım və avadanlıqlar daxildir, ona görə də hakimiyyət şuranın rəyini bölüşməlidir.

"Biz gördük ki, hakimiyyət şura yaratdı, onun tövsiyələri bölüşülməlidir. Şura müzakirə etdi və belə qənaətə gəldi ki, Mixail Saakaşvili çoxfunksiyalı klinikaya yerləşdirilməlidir. Bu, 18 saylı tibb müəssisəsində mövcud olmayan tibbi xidmət və avadanlıqları əhatə edir. Ədliyyə nazirinə müraciət edirəm ki, fərziyyələrə son qoysunlar və Saakaşvilini dərhal ixtisaslı xidmətlərlə təmin olunacağı və sağlamlığına təhlükə yaranmayacağı klinikaya aparsınlar”, - Qiorqi Qelxauri bildirib.

O, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin dünən Mixail Saakaşviliyə qan köçürülməsi və müəyyən qidalar üçün presedentlərin olması ilə bağlı açıqlamasına da münasibət bildirib. Qiorqi Qelxaurinin sözlərinə görə, hakim komanda “qaranlıq otaqda pişik axtarmağın başını buraxmalıdır”, çünki Saakaşvili qida qəbul etmir və müalicə olunur, həmçinin qan köçürülməsi həyata keçirilib.

“Hakimiyyəti prezidentin səhhətinin qayğısına qalmağa və xəstəxanaya yerləşdirməyə çağırıram. Saakaşvili xüsusi imtiyazlar tələb etmir, müvafiq yardım ala biləcəyi klinikalara aparmaq standart olaraq həyata keçirilir, Saakaşvili də bunu tələb edir. Qaranlıq otaqda pişik axtarmağın başını buraxsınlar, guya Saakaşvili yarı acdır, o, yemək qəbul etmir və müalicə alır, həmçinin qan köçürülməsi həyata keçirildi.

Saakaşvilinin mülki klinikaya yerləşdirilməsi üçün hər cür hüquqi yardımı göstərəcəyik. Hakimiyyət atəşlə oynayır, həyati vəziyyətdən danışırıq, buna görə də mən bir daha onları Mixail Saakaşvilini mülki klinikaya yerləşdirməyə çağırıram", - Qiorqi Qelxauri bildirib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →