26 
Okt
2021
11:01
647

Gürcüstanda koronavirusla bağlı son vəziyyət -Minlərlə yoluxma qeydə alındı...

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 762 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 698 244 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 953 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 639 564 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 43 nəfər ölüb və ölənlərin ümumi sayı 9 831 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər