24 
Okt
2021
17:56
846

Rustavidə David Kirkitadzenin seçki qərargahına hücum edildi - VİDEO

Rustavidə, Şartava prospektində Rustavi merliyinə namizəd Davit Kirkitadzenin seçki qərargahı qarşısında qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, bir neçə nəfər Vahid Milli Hərəkat tərəfdarlarına fiziki təzyiq göstərib.  

Fiziki qarşıdurma zamanı 2 nəfər baş nahiyəsindən yaralanıb.

Zərərçəkənlər polis tərəfindən dindirilib. Qərargah üzvlərinin sözlərinə görə, hücumçular bir həftə əvvəl "Süpürgə aksiyası"nda iştirak edənlərdir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər