Oktyabrın 25-də (əsasən qərb rayonlarında) yağış yağacaq, havanın temperaturu +12, +17 dərəcəyədək enəcək, arabir güclü külək əsəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Oktyabrın 26-27-də Qərbi Gürcüstanda yağmursuz, lakin sərin hava şəraiti gözlənilir. Şərqi Gürcüstanın bəzi yerlərində az yağış müşahidə oluna bilər. Havanın temperaturu 2-3 dərəcə aşağı enəcək.
Tbilisidə oktyabrın 25-dək isti (20, +22 dərəcə) və yağmursuz hava şəraiti gözlənilir, oktyabrın 25-27-də isə az yağış yağacaq, havanın temperaturu +14, +16 dərəcəyə enəcək. Oktyabrın 25 -də arabir güclü külək əsəcək.
.jpg)