Gürcüstanda dəmir yollarında olan problem aradan qaldırıldı
Sərnişin qatarlarının hərəkəti tam bərpa edilib. Dünən gecə saatlarında dörd istiqamətdə: Zuqdidi-Tbilisi, Tbilisi-Batumi, Tbilisi-Poti və Batumi-Tbilisi istiqamətində ləngimələr dövlət elektrik sisteminin yüksək gərginlikli xətlərində kəsilmə ilə müşayiət olunub, nəticədə dəmiryolunun təmas xətti zədələnib və qatarların hərəkəti dayanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolunun bəyanatında deyilir.
“Operativ bərpa işləri nəticəsində təxminən üç saat ərzində dörd istiqamətdə də nəqliyyatın hərəkəti tam bərpa edildi. Gürcüstan Dəmir Yolu qatarlar dayanan kimi sərnişinlərə baş verənlər barədə məlumat verdi.
Şirkət bütün istiqamətlərdə hərəkət edən qatarların sərnişinlərini içməli su və yeməklə təmin edib. Tbilisiyə gələn sərnişinləri stansiyada avtobuslar qarşılayıb, sərnişinləri istədikləri yerə çatdırıblar”, - məlumatda deyilir.


