24 
Okt
2021
11:10
552

Son sutkada koronavirusdan sağalanların sayı artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 436 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 692 240 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 4 483 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 630 961 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 43 nəfər ölüb və ölənlərin ümumi sayı 9 742 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər