İrakli Kobaxidze: “Milli Hərəkat” cinayətkarları ört-basdır edir, bu onların əsl simasıdır"
"Milli Hərəkatın hər zaman cinayətkarları ört-basdır etməsinə artıq öyrəşmişik. Bu, onların əsl sifətinin başqa bir nümayişidir".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
O, bölgələrdə xüsusi təyinatlıların səfərbər olması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
“Dünən bununla bağlı bir sıra saxta məlumatlar yayıldı və hüquq-mühafizə orqanları tərəfindən şərhlər verildi. Müəyyən cinayət əməllərində əli olan konkret şəxslərin saxlanılmasına gəlincə, bu, hüquq-mühafizə orqanlarının işidir. Biz artıq öyrəşmişik ki, “Milli Hərəkat” həmişə cinayətkarları ört-basdır edir. Bu, onların əsl sifətinin növbəti nümayişidir. O, öz kriminal tərkibinə, o cümlədən kriminallarla əlaqəli insan resurslarına görə kriminal siyasi qüvvədir. Bu, onların simasıdır və onlar tərəfdən təbiidir”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, “Milli Hərəkat”ın iğtişaş törətmək üçün heç bir resursu yoxdur.
“Bu, onların gündəliyidir. Onlar bunu ölkə miqyasında etmək istəyirdilər, ancaq referendumda məğlub oldular. Buna görə də, iğtişaş törətmək üçün heç bir mənbələri yoxdur, ancaq nəzəri olaraq bələdiyyə səviyyəsində keçiriləcək seçkilərdə qalib gələ bilməyəcəklərini güman etsək, ikinci turda konkret bir bələdiyyədə destruksiya ocağı yaratmağa çalışacaqlar. Ona görə də heç bir bələdiyyədə "Milli Hərəkat"ın cinayətkar siyasi qüvvəsinin seçkilərdə qalib gəlməsinə imkan verməməliyik, bu prinsipial məsələdir. Cəmiyyət bu siyasi qüvvəyə bütün bələdiyyələrdə, seçkilərin ikinci turunun keçirildiyi iyirmi bələdiyyənin hamısında layiqli cavab verməlidir”, - Kobaxidze bildirib.


