Mamuka Xazaradze: "Böyük dəyişikliklərin vaxtı gəldi!"
"Tək Tbilisidə deyil, bütün Gürcüstanda böyük dəyişikliklərin vaxtı çatdı".
InterPress.ge xəbər verir ki, "Gürcüstan üçün Lelo" nun lideri Mamuka Xazaradze bu barədə Didi Diğomidə əhali ilə görüşdən sonra bildirib.
Xazaradzenin qeyd etdiyinə görə, müxalifət paytaxtda və ölkədə yeni həyata başlamaq üçün əlindən gələni edəcək.
“Biz əminik ki, təkcə Tbilisidə deyil, bütün Gürcüstanda böyük dəyişikliklərin vaxtı çatdı və biz bu şəhərdə və bütövlükdə Gürcüstanda yeni həyata başlamaq, yoxsulluğu, işsizliyi, ümidsizliyi, perspektivsizliyi məğlub etmək üçün əlimizdən gələni edəcəyik. İslahatlara, sürətli yüksəlməyə, sürətli güclənməyə başlamağın vaxtıdır”, - Xazaradze bildirib.
Məlumat üçün bildirək ki, "Milli Hərəkat" ın mer namizədi və mer müavini namizədləri Tbilisidə görüşlər keçirirlər. Onlar Didi Diğomi əhalisi ilə görüşdükdən sonra Vake və Saburtalo əhalisi ilə görüşəcəklər.


