11 
May
2020
03:56
873

Ölü ulduzların ətrafında fırlanan qayalıq planetlərdə həyat ola bilər

Alimlər həyatın mövcudluğunun ölü ulduzların - ağ cırtdanların ətrafında fırlanan qayalıq planetlərdə tapılacağını ehtimal edirlər.

InterPress.ge bildirir ki, tezliklə "Ceyms Vebb" kimi yeni nəsil kosmik teleskoplar ekzoplanet atmosferlərində həyatın aşkar edilməsi ilə məşğul olacaq. Oksigen, metan, azot və ozonun oksidləşməsinin ən aşağı dərəcələrinin tapılması ilə onlarda həyatın mövcudluğunu iddia etmək mümkün olacaq.

ABŞ-ın Kornell Universitetinin mütəxəssisi, tədqiqatın aparıcı müəllifi Teya Kozakis ölü ulduzların yanında həyatın tapılacağını güman edir.

O bildirib ki, ağ cırtdanlar ulduzların qalığı hesab edilirlər. Lakin onlar toplanmış istilik enerjisini saçaraq və öz planetlərini qızdıraraq parıldamağa davam edir, milyardlarla il boyunca sabit qalırlar. Sabitlik, işıq və istilik isə həyat üçün zəruri amillərdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər