23 
Okt
2021
11:01
795

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 467 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 688 804 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 790 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 626 478 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 42 nəfər ölüb və ölənlərin ümumi sayı 9 699 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın