Sabiq prezident Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidze Rustavi 12 saylı cəzaçəkmə müəssisəsinə daxil olub.
InterPress.ge xəbər verir ki, həkim Saakaşvilinin sağlamlıq vəziyyətini öyrənəcək.
O, həmçinin qeyd edib ki, sabah şuranın keçirilməsi gözlənilir.
“Reanimobilin burada olması çox yaxşıdır. Bir şey lazım olsa kömək edəcək. Xəstəxana haqqında heç nə deyə bilməyəcəyəm.
Şura işləyir. Bundan sonra nə baş verməli, xəstəyə nə verilməli və s. planı üzərində işləyirlər.
Bildiyimə görə, sabah şuranın iclası olacaq”, - Nikoloz Ğipşidze deyib.
