22 
Okt
2021
21:23
579

Çerçvadze epidemioloji vəziyyətlə bağlı XƏBƏRDARLIQ ETDİ

"Gürcüstan özünü xüsusi vəziyyətə salıb ki, bu da mənə absurd teatrı xatırladır və belə bir sürreal hiss yaradır ki, oyanacağam və bütün bunların hamısı yuxu olacaq. Təəssüf ki, bu belə deyil, bu bir reallıqdır - biz çox ciddi vəziyyətə düşə bilərik."

InterPress.ge xəbər verir ki, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze jurnalistlərə ölkədəki epidemiya vəziyyəti haqqında danışıb.

Çerçvadzenin qeyd etdiyinə görə, “beşinci dalğa” "dördüncü  dalğa" bitməmiş başlayıb və ola bilsin ki, “çox ciddi vəziyyətə düşəcəyik”.

"Gürcüstanda son bir həftə ərzində epidemiya vəziyyəti  çox ciddidir, həyəcan vericidir. İş ondadır ki, dördüncü dalğanı sona qədər aşa bilmədik, halların sayı 1500-2000-ə, ölümlərin sayı 20-yə düşdü. Bu tendensiyanı qoruyub saxlamaq əvəzinə, böyüməyə başladı. Yəni "beşinci dalğa" başladı. "Beşinci dalğa" "dördüncü dalğa" bitməmiş başladı. Hər gün 4-5 min yeni hal qeydə alınır, bu çox həyəcan vericidir, çünki qarşıdan payız-qış gəlir və mövsüm qripi epidemiyası və tvindemiya da ola bilər. Çox ciddi vəziyyətə düşə bilərik”, - deyə Tenqiz Çerçvadze bildirib.

Bundan əlavə, Çerçvadzenin sözlərinə görə, ölənlərin sayı xəstələnənlərin sayına nisbətən daha azdır, amma "bəzi radikal tədbirlər görməsək və özümüzə gəlməsək, bu vəziyyəti qorumaq çətin olacaq və ölənlərin sayı artacaq".

Bizimlə əlaqə saxlayın