22 
Okt
2021
21:06
1113

Saakaşvili ilə görüşdən sonra həyat yoldaşı onun vəziyyəti ilə bağlı açıqlama verdi

"İndi kritik vəziyyətə yaxınlaşırıq, mən çox kədərlənirəm ki, o, həbsxana divarları arxasındadır, belə insanlar həbs olunmaq üçün yaradılmayıb. Tibbi yardıma ehtiyacı var və azad olmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Liza Yasko Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsində Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini ziyarət etdikdən sonra bildirib.

Liza Yaskonun sözlərinə görə, onun məqsədi Saakaşviliyə şəxsi kömək etmək və Ukraynanın dəstəyini çatdırmaqdır. Bununla belə onun qeyd etdiyinə görə, o, Ukrayna tərəfi ilə daim əlaqədədir və onlar həqiqətən Saakaşvilinin Ukraynada olmasını istəyirlər.

"Təəssüf ki, onun səhhətinin necə pisləşdiyini görürəm, bu həm üzündə, həm danışığında, həm də enerjisində görünür. Təbii ki, o, mənəvi cəhətdən güclüdür, çünki o, xüsusi şəxsiyyət, mübariz və dünya səviyyəli siyasətçidir, belə insanlar 100 ildə bir dünyaya gəlir. İndi kritik vəziyyətə yaxınlaşırıq, çox kədərlənirəm ki, o, həbsxana divarları arxasındadır, belə insanlar həbsxanada olmaq üçün yaradılmayıb, tibbi yardıma ehtiyacı var və azad olmalıdır.

Məqsədim ona şəxsi kömək etmək və Ukraynanın dəstəyini çatdırmaqdır. Mən bir deputat kimi Ukrayna tərəfi ilə daim əlaqədəyəm, daim monitorinq aparırıq və Saakaşvilinin Ukraynada olmasını çox istəyirik. O, Gürcüstanda saxlanılıb və həyatı ciddi təhlükə altındadır. Növbəti dəfə onu görəndə necə olacağını bilmirəm", - Yasko bildirib.

Bizimlə əlaqə saxlayın