22 
Okt
2021
16:56
806

Marneulidə Azərbayacanın Gürcüstandakı səfirliyi tərəfindən icma mərkəzlərinə kitablar təqdim edildi - FOTO

Marneulidə icma mərkəzlərinə Azərbaycan dilli kitablar təqdim edildi.

InterPress.ge xəbər verir ki, kitablar icma mərkəzlərinə Azərbaycan Resbublikasının Gürcüstandakı səfirliyi tərəfindən təqdim edilib.

Təqdim etmə mərasimində çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov qeyd edib ki, səfirliyin dəstəyi ilə icma mərkəzləri üçün 1430 kitab təqdim edilib.

“Bizə müraciət əsasında 1430 kitab təşkil etdik. Bu gün bizə məlumat verildi ki, səkkiz icma mərkəzi və ütsə gəl Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzidə də daxil olmaqla 9 icma mərkəzinə bu kitablar paylanılır. Biz bu dəstəyi verməkdən çox məmnunuq və daim Azərbaycanın Gürcüstandakı səfirliyi olaraq dəstək verməyə davam edəcəyik”, - deyə Anar Rəsulov qeyd edib.

A. Rəsulov eyni zamanda gələcəkdə bu sahədə Azərbaycan Resbublikasının dəstəyinin davam edəcəyini açıqlayıb.

“Biz, Azərbaycanın Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət nazirliyi vasitəsi ilə sizə gələcəkdə bu sahədə maddi dəstəyi göstərəcəyik”, - deyə Anar Rəsulov bildirdi.

Yeni Düşüncə İnstitutunun təsisçisi və Mollaoğlu icma mərkəzinin rəhbəri Ariz Daşdəmirli müsahibəsində qeyd etdi ki, onların icma mərkəzlərinə və digər mərkəzlərə Azərbaycan səfirliyi tərəfindən Dünya ədəbiyyatı, Dünya klassikləri, Müasir Azərbaycan Ədəbiyyatı, Gürcüstanda yazıb yaratmış azərbaycanlılara aid, xüsusən də aşıq sənətlərinə dair kitablar təqdim edilib.

"Bu gün Azərbaycan Resbublikasının Gürcüstandakı səfirliyi tərəfindən Dünya ədəbiyyatı, Dünya klassikləri, Müasir Azərbaycan Ədəbiyyatı, Gürcüstanda yazıb yaratmış azərbaycanlılara aid, xüsusən də aşıq sənətlərinə dair kitablar təqdim edildi. İcma mərkəzlərində kitablar mövcud idi, ancaq zəngin deyildi, xüsusən də Azərbaycan dilli kitablara ehtiyacımız var idi. Bu səbəbdən yeni qurduğumuz icma şəbəkəsi olaraq, Azərbaycan səfirliyinə müraciət etdik və onların böyük dəstəyi ilə kitablar hədiyyə edildi. Səfirlik  tərəfindən 1 430 kitab hədiyyə edilib. Bu kitabların bir qismi bu gün doqquz mərkəzə təhvil verildi, digərləri isə yeni yaranacaq icma mərkəzləri üçün nəzərdə tutulur. Kitabxanalarımızın zənginləşdirilməyə ehtiyacının olması səbəbiylə yeni kitabların gətirilməsinə çalışacağıq", - Ariz Daşdəmirli bildirib.

 

Bizimlə əlaqə saxlayın