22 
Okt
2021
14:18
909

QHT-lər birgə bəyanat yayaraq hökuməti məktəbləri bağlamamağa çağırdı

QHT-lər birgə bəyanat yayaraq hökuməti məktəbləri bağlamamağa çağırıb.

InterPress.ge xəbər verir ki, 9 təşkilatın açıqlamasında bildirilir ki, ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar məktəblərin yenidən bağlanması və tədris prosesinin distant rejimə keçirilməsi təhlükəsi var.

"Kovid-19 pandemiyası qlobal təhsil sisteminə görünməmiş mənfi təsir göstərib və dünya üzrə 1,5 milyarddan çox tələbəni əhatə edib. Gürcüstanda il yarımlıq fasilədən sonra 2021-ci il oktyabrın 4-dən sinif otaqlarında və məktəbəqədər uşaq müəssisələrində tədris və tərbiyə prosesi bərpa edildi. Bununla belə, təlim prosesinin başlamasından iki həftə sonra, yoluxma statistikasının artması səbəbindən yenə də ciddi məhdudiyyətlərin tətbiq edilməsi zərurəti haqqında danışılmağa başlanıldı.

Aşağıda imza atan QHT-lər, hökuməti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun müəyyən etdiyi standartlara riayət etməyə çağırır ki, bu da pandemiya ilə əlaqədar məhdudiyyətlər tətbiq edildikdə, məktəblərin və məktəbəqədər uşaq müəssisələrinin ən son bağlanmalı və ən erkən açılmalı olduğunu bildirir.

Müvafiq olaraq, imzalayan təşkilatlar Gürcüstan hakimiyyətini Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və UNESCO-nun Kovid-19 zamanı məktəb təhsili prosesi üçün hazırlanmış tövsiyələri rəhbər tutmağa çağırır. həmçinin:

Vaksinasiya aktiv şəkildə həyata keçirilsin - məktəbəqədər təhsil müəssisəsi işçilərinin, pedaqoqların, məktəb rəhbərliyinin və müəllimlərin peyvənd edilməsi təşviq edilsin. Riski azaltmaq üçün təsirli tədbirlər hazırlansın.

Məktəbin, uşaqların və yeniyetmələrin qərar vermə prosesinə cəlb olunması təmin edilsin.

12 yaşdan yuxarı uşaqların könüllü peyvəndləmə prosesinə dərhal başlanılsın.

Məktəblərin və məktəbəqədər uşaq bağçalarının bağlanmasına qərar verərkən yalnız virusun bölgələrə və nisbətlərinə görə fərqli yanaşma tətbiq edilsin",-məlumatda deyilir.

İmzalayan təşkilatlar:

Uşaq və Gənclər Koalisiyası;

Demokratiyanın Tədqiqat İnstitutu;

Sapari;

İnsan Haqları Mərkəzi;

Hüquqlar Gürcüstan;

"Kivitas Georgica" Beynəlxalq Assosiasiyası;

Demokratik Gürcüstan üçün yeni nəsil;

Gürcüstan Geostrateji və Avro-Atlantik İnteqrasiya Araşdırmaları İnstitutu;

Beynəlxalq İnsan Haqlarının və Məhbusların Sosial Təminatı Təşkilatı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər