1 USD =
3.0967 GEL
1 EUR =
3.4993 GEL
1 TRY =
0.2247 GEL
100 RUB =
4.1955 GEL
1 AZN =
1.8215 GEL
22 
Okt
2021
13:23
1229

Gürcüstanda isti və yağmursuz havanın nə vaxta kimi davam edəcəyi açıqlandı

Gürcüstanda isti və yağmursuz hava oktyabrın 25-dək davam edəcək. Havanın temperaturu +19, +24 dərəcə təşkil edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Oktyabrın 25-də ölkənin qərb bölgəsində əsasən yağış yağacaq və havanın temperaturu +12, +17 dərəcəyədək enəcək, arabir güclü külək əsəcək. 26-27 oktyabr tarixlərində Gürcüstanın qərbində yağmursuz, lakin sərin hava gözlənilir. Şərqi Gürcüstanın bəzi yerlərində az yağış müşahidə oluna bilər. Havanın temperaturu 2-3 dərəcə aşağı enəcək.

Paytaxta gəlincə, oktyabrın 25-dək Tbilisidə isti (20, +22 dərəcə) və yağmursuz hava şəraiti gözlənilir və 25-27 oktyabrda az yağış yağacağı ehtimalı var, havanın temperaturu +14, +16 dərəcəyə enəcək. Oktyabrın 25-də arabir güclü külək əsəcək.

Bizimlə əlaqə saxlayın