Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ədliyyə Nazirliyi: Saakaşvili həbsxana nizamnaməsini pozub

739
Ədliyyə Nazirliyi: Saakaşvili həbsxana nizamnaməsini pozub
Dinləmək üçün basın

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən etirazçıları həbsxana pəncərəsindən salamladığı üçün cəzaçəkmə müəssisəsinin nizamnaməsini pozub.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən etirazçıları həbsxana pəncərəsindən salamladığı üçün cəzaçəkmə müəssisəsinin nizamnaməsini pozub.

InterPres.ge xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin məlumatında ​​deyilir.

"Bu gün Mixeil Saakaşvili duş qəbul etməyi xahiş etdi. Həbsxana işçiləri onu duş otağına apardılar. Onların duş otağına girməsi qadağan olunduğu üçün məhkumu dəhlizdə gözləyiblər. Saakaşvili isə bundan istifadə edərək duş otağının pəncərəsindən qurum qarşısında toplanan insanlara müraciət ünvanlayıb. Bununla da daxili nizamnaməni pozub", - məlumatda qeyd edilir.

Həbsxana əməkdaşları pozuntunun qarşısını dərhal alıblar. Xüsusi Penitensiar Xidməti siyasətçiyə buna görə hansı cəzanın veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →