21 
Okt
2021
12:19
403

Tenqiz Çerçvadze: "Epidemioloji vəziyyət narahatlıq doğurur"

"Mövcud infeksiya sürətini nəzərə alsaq, klinik sektor yüklənə bilər".

InterPress.ge xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin direktoru Tenqiz Çerçvadze deyib.

Onun sözlərinə görə, ölüm nisbəti yüksək olaraq qalır, maskadan istifadə və vaksinasiya statistikası fəlakətli dərəcədə aşağıdır.

"Epidemioloji vəziyyət narahatlıq doğurur. Ölkədə vaksinasiya nisbətinin və maskadan istifadənin fəlakətli dərəcədə aşağı olması fonunda hər gün 5 mindən çox hal qeydə alınır. Beşinci dalğanın bundan daha çətin olacağını insan düşünə bilmir. Hələlik bu sayda xəstə üçün ölüm nisbətini çox aşağı səviyyədə saxlayırıq. Xəstələrin sayı belə sürətlə artarsa, sərhədsiz bir şey yoxdur və bir nöqtədə klinik sektor çox ciddi problemlərlə üzləşə bilər", - deyib Çerçvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər