Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 411 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 680 182 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 896 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 622 181 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 29 nəfər ölüb və ölənlərin ümumi sayı 9 617 nəfər təşkil edib.
