1 USD =
3.0967 GEL
1 EUR =
3.4993 GEL
1 TRY =
0.2247 GEL
100 RUB =
4.1955 GEL
1 AZN =
1.8215 GEL
21 
Okt
2021
09:47
6511

Gürcüstan-Azərbaycan sərhəddində yenilik

Gürcüstan sərhədlərində dörd buraxılış məntəqəsində müvəqqəti izolyasiya zonaları yaradılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Təcrid məntəqələrindən biri Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində qurulub. Burada koronavirusa yoluxduğu təsdiqlənən və ya yoluxma şübhələri olan şəxslər yerləşdiriləcək.

Oktyabrın 20-də Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” mətəqəsində yaradılan təcrid zonasının açılışı baş tutub.

Layihə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında həyata keçirilib.

Gəlirlər Xidmətindən qeyd olunub ki, qlobal pandemiya şəraitində izolyasiya məntəqələrinin yaradılması vətəndaşların sağlamlıqlarının təminatında vacib addımdır və eyni zamanda qanuni miqrasiyaya şərait yaradacaq.

Bizimlə əlaqə saxlayın