Gürcüstanın üçüncü prezidentinə rəsmi ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, Mixail Saakaşvili Gürcüstan Cinayət Məcəlləsinin 344 -cü maddəsinin birinci hissəsi ilə sərhədi qanunsuz keçməkdə ittiham olunub.
Məhkəmədə onun vəkilləri iştirak edib.
Prokurorluq sərhədi qanunsuz keçmək ittihamı ilə bağlı bu gün açıqlama yayıb.
