20 
Okt
2021
20:59
499

Baş nazir: "Əhali ilə maraqlanmalıyıq, gözəl şeylər, layihələr, yeni iş haqqında danışmalıyıq, Saakaşvilinin aclığı və ya pəhrizi ilə maraqlanmıram"

"Əhali ilə maraqlanmalıyıq, gözəl şeylər, layihələr, yeni iş haqqında danışmalıyıq, Saakaşvilinin aclığı və ya pəhrizi ilə maraqlanmıram, maraqlı deyil.  Biz, dövlət, bütün məhkumların hüquqlarını və sağlamlığını qorumaq üçün əlimizdən gələni edirik".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili söyləyib.

Hökumət başçısının qeyd etdiyinə görə, həkimlər, hər hansı digər məhbus kimi, Saakaşvilinin də müvafiq müalicəyə malik olması üçün əllərindən gələni edəcəklər.

"Əhali ilə maraqlanmalıyıq, gözəl şeylər, layihələr, yeni iş haqqında danışmalıyıq, Saakaşvilinin aclığı və ya pəhrizi ilə maraqlanmıram, maraqlı deyil.  Biz, dövlət, bütün məhkumların hüquqlarını və sağlamlığını qorumaq üçün əlimizdən gələni edirik.

Mənim göstərişimlə bu qrup yaradıldı ki, heç bir sual cavabsız qalmasın, Saakaşvili də daxil olmaqla bütün məhbusların qayğısına qalsınlar. Aclıq aksiyası faktları tez -tez baş vermir, lakin bu həbsxanalarda baş verib və digər məhbuslara qayğı göstərdikləri kimi Saakaşviliyə də qayğı göstərirlər. Prezident olmuş bir adam qanuna hörmət etməli və sərhədi oğru kimi keçməməlidir. Elementar kişiliyi və cəsarəti olsaydı, ölkəmizə normal, açıq şəkildə girərdi. Həkimlər, əlbəttə ki, digər məhbuslarda olduğu kimi ona da lazımi müalicə və qayğı göstərmək üçün əllərindən gələni edəcəklər. Hər kəs qanuna tabe olacaq", - deyib İrakli Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın