Bu günə kimi Gürcüstanda neçə məktəbin distant rejimə keçdiyi açıqlandı
Gürcüstanda 100 -dən çox məktəb distant təhsilə keçib.
InterPress.ge xəbər verir ki, təhsil və elm nazirinin müavini Nunu Miçkeviçi bu barədə jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, 600 -dən çox sinif distant təhsilə keçib.
“Statistika hər cümə günü yenilənir. Hazırda 100 -dən çox məktəb və 600 -dən çox sinif distant təhsilə keçib. Yerli idarəetmə davam edir", - Miçkeviçi deyib.
Məktəb işçilərinin aşılanma prosesinə gəldikdə, Miçkeviçin qeyd etdiyinə görə, bu gün təhsil məkanında vaksinasiya məcburiyyəti müzakirə edilmir.
"Bildiyiniz kimi, səhiyyə proqramlarında təhsil alan və xəstə ilə birbaşa təmasda olan ali təhsil tələbələri üçün peyvənd məcburidir. Yəni konkret bir seqment üçün məcburidir. Digərlərinə gəldikdə, bu mərhələdə ümumi, peşə və ali təhsil müəssisəsələrində aşılama məcburi deyil. Müəllimlərin peyvənd edilmə nisbətinə gəlincə, statistika artmaqdadır, həqiqətən qənaətbəxş bir səviyyəyə çatıb və daha da artacaq", - deyə o bildirib.


