1 USD =
3.0967 GEL
1 EUR =
3.4993 GEL
1 TRY =
0.2247 GEL
100 RUB =
4.1955 GEL
1 AZN =
1.8215 GEL
20 
Okt
2021
13:41
2721

Mixail Saakaşvili yeni müraciət yaydı: "Ölümə hazıram"

"Həbsdə qaldığım müddətdə heç bir formada yemək qəbul etməyəcəyəm və ölümə belə hazıram".

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvili yeni müraciət yayır.

Mixail Saakaşvilinin məktubunu onunla görüşdən sonra vəkili Dimitri Sadzaqlişvili oxuyub.

"Mənim aclıq aksiyasındakı mövqeyim belədir: Bütün addımlarım gürcü xalqının bataqlıqdan çıxarılmasına kömək etməyə xidmət edir. Heç bir toqquşma baş verməyəcək və heç kim zərər görməyəcək şəkildə gəlmişdim. Başqalarını aclıq aksiyasına son qoymağa çağırdım və yalnız bir tələblə aclıq aksiyasına başladım: Ədalətin ədalətsizliyik, siyasi təqib üçün istifadə edilməsini dayandırmaq və insanların məcburiyyət və saxtakarlıq olmadan qərar verdikləri normal demokratik prosesə qayıtmaq.

Həbsdə qaldığım müddətdə heç bir formada yemək qəbul etməyəcəyəm və ölümə belə hazıram.

Eyni zamanda sağ düşüncəmin və əmək qabiliyyətimin sonuna qədər qorunmasını istəyirəm. Buna görə də, həkimlərin dərman vasitələri ilə müdaxiləsinə razıyam ki, bu da ağlımın üstümdə olmağına və hətta son dərəcə məhdud olsa da, yenə də mövcud hadisələrdə iştirak etməyimə kömək edəcək və Gürcüstana bacardığım qədər kömək edə bilərəm. İndi cəmiyyət səfərbərdir və şəxsi vəziyyətimə baxmayaraq, hər zamankindən daha optimistəm", - üçüncü prezidentin məktubunda qeyd olunub.

Bizimlə əlaqə saxlayın