Mixail Saakaşvili xəstəxanaya yerləşdirilə bilər
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq, Şura Saakaşvilinin profilaktik məqsədlər üçün xəstəxanaya yerləşdirilməsini tövsiyə edib.
InterPress.ge xəbər verir ki, bu barədə Şura üzvlərindən Zurab Pağava Ədliyyə Nazirliyindəki görüşdən əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Şura Saakaşvilinin intensiv müşahidəsi üçün klinikaya yerləşdirilməsini tövsiyə edir.
“Profilaktik xəstəxanaya yerləşdirmə məsələsini qaldırdıq və bunu müzakirə edirlər. Bitdi, hər şeyi müzakirə etdik, tövsiyə verdik. Bu təcili xəstəxanaya yerləşdirmə deyil, ancaq vəziyyətinin ağırlaşma ehtimalı yüksək olduğundan özümüzü sığortalamaq üçün xəstəxanaya yerləşdirilməsini tövsiyə etdik. Bu, saat məsələsi deyil, amma yaxın gələcəkdə baş verməlidir", - deyib həkim Zurab Pağava.


