19 
Okt
2021
12:09
611

Gürcüstanın ən böyük ticarət tərəfdaşları hansı ölkələrdir?

2021-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanda malların xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 10 009,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 faiz çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin məlumatında qeyd olunur.

 Statistika mərkəzinin məlumatına göə, bu ixracatın 2 981,3 mln. ABŞ dolları, yəni 24,0 faiz artmış, idxal 7 028,4 mln. ABŞ dolları təşkil edib ki, bu da 21,6 faiz çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanın mənfi ticarət balansı 4 047,1 mln. ABŞ dolları təşkil edir ki, bu da xarici ticarət dövriyyəsinin 40,4 faizini təşkil edir.

Eyni zamanda, Geostat-ın ilkin məlumatlarına görə, yanvar-sentyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsindəki ən böyük on ticarət tərəfdaşının payı 69,7 faiz təşkil etmişdir. Ölkənin ən böyük ticarət ortaqları Türkiyə - 1 480,8 mln. ABŞ dollar, Rusiya - 1 145,0 mln. ABŞ dolları və 1 078,2 mln. ABŞ dolları ilə Çindir.

Ölkənin digər ən böyük ticarət tərəfdaşları aşağdakılardı:

4. Azərbaycan - 789,8 milyon dollar;

5. ABŞ - 562,2 milyon dollar;

6. Ukrayna - 531,1 milyon dollar;

7. Ermənistan - 498,2 milyon dollar;

8. Almaniya - 389,8 milyon dollar;

9. Bolqarıstan - 286 milyon dollar;

10. İtaliya - 219,1 milyon dollar.

Bizimlə əlaqə saxlayın