17 
Okt
2021
20:40
1298

DTX Marneulidə Kvemo Kartili üzrə DTX rəisinin evinin qarət olunması ilə bağlı yayılan xəbərlərə açıqlama verdi

DTX Marneulidəki oğurluq faktına münasibət bildirib.

InterPress.ge xəbər verir ki,  bu barədə məlumat qurumun Facebook hesabında yerləşdirilib.

Məlumata görə, DTX -nin rəis müavininin evinin qarət edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Həmçinin xidmət məlumatlarını ehtiva edən yaddaş kartlarının götürüldüyünə dair olan məlumatlar da doğru deyil.

“Sentyabrın 28 -də Marneulidə baş verən oğurluq barədə ictimaiyyəti məlumatlandırmaq istərdik.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavininin evinin qarət edilməsi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Oğurluq zamanı evdən xidmət yaddaş kartının da oğurlanması yalandır.

Dövlət Təhlükəsizliyi Xidmətinin Kvemo Kartli Regional Bölməsinin əməkdaşlarından birinin ailəsinə məxsus ev qarət edilib. Evdən əşyalar oğurlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi oğurluq faktını araşdırır", - DTX-nin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər