16 
Okt
2021
15:29
2012

Mixail Saakaşviliyə qarşı aksiya keçirildi

Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısında Mixail Saakaşviliyə qarşı aksiya keçirildi.

InterPress.ge xəbər verir ki, aksiya keçirənlər “Milli Hərəkatın” hakimiyyətdə olduğu dövrdə zərəçəkənlər və onların ailə üzvləridir.

Aksiya saat 14:00-da Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsi qarşısında başlayıb.

Onların bəyan etdiyinə görə, aksiyanın məqsədi ictimaiyyətə keçmiş hakimiyyət rejiminin hərəkətlərini xatırlatmaqdır.

Onlar eyni zamanda bildirirlər ki, Mixeil Saakaşvili siyasi məhbus deyil, cinayətkardır.

Bizimlə əlaqə saxlayın