15 
Okt
2021
20:42
1068

Saakaşvili aksiyada iştirak edən bütün Gürcüstan vətəndaşlarına təşəkkür edib

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili, dünən, 14 oktyabrda Tbilisidə keçirilən mitinqi işıqlandıran müxtəlif ölkələrin nəşrlərinin başlıqlarını yayımlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Saakaşvilin Facebook hesabında yazılıb.

Saakaşvilinin yazdığına görə, bütün dünyada on minlərlə gürcü haqqında danışılır.  Keçmiş prezident dünən mitinqdə iştirak edən bütün Gürcüstan vətəndaşlarına təşəkkür edib.

"Avropa və Amerikanı deməsək, Tayland, İndoneziya, Avstraliya və Kanadada, dünyanın hər yerində Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə küçələrə çıxan on minlərlə gürcüdən danışılır.

Dünya ictimaiyyətinin görünməmiş dəstəyi yalnız bir şeyi sübut edir - Saakaşviliyə qarşı ittiham siyasi motivlidir. Ölkənin gələcəyini qorumaq üçün küçələrə çıxan bütün Gürcüstan vətəndaşlarına təşəkkür edirəm. Ədalət qalib gələcək!", - Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər