Ombudsman: "Yanğın nəticəsində iki məhbusun öldüyünü ictimai bəyanatlar əsasında bildik"
"Yanğın nəticəsində 2 məhkumun öldüyünü ictimai şəkildə yayılmış bəyanatlara əsasən öyrəndik. Nə Penitensiar Xidmətin, nə də Dövlət Müfəttişliyinin bizə bu barədə məlumat verməməsi çox təəssüf doğurur".
InterPress.ge xəbər verir ki, bunu Xalq Nüdafiəçisi Nino Lomgaria Rustavidəki 17 -ci cəzaçəkmə müəssisəsinə getdikdən sonra bildirib.
Nino Lomgarianın dediyinə görə, yanğının baş verdiyi mətbəx məhkumların yerləşdiyi korpusdan uzaqdadır və buna görə də, təhlükənin nə qədər hiss edildiyi və yaranmış vəziyyətdə evakuasiyanın zəruri olub olmadığı maraqlıdır.
“Bu gün bir neçə saatdır ki, nümayəndələrim həbsxana ərazisindədir, məhbuslarla söhbət etdilər və hadisə yerinə baxış keçirdilər. Yanğının yeməkxanada başladığı onlara məlumdur. Nahardan sonra mətbəxdə bir nəfər olub. O, digər məhkumu çıxarmağa çalışıb, ancaq o da ölüb. Məndə olan məlumata görə, yeməkxana məhbusların olduğu korpusdan çox uzaqdır, buna görə də təhlükənin nə qədər hiss edildiyi və yaranmış vəziyyətdə evakuasiyanın zəruri olub olmadığına dair söhbət edəcəm. Məhbuslardan bəziləri deyirlər ki, belə bir təhlükə yox idi, ona görə məhkumlarla özüm də danışacağam və vəziyyətin nə yerdə olduğunu sizə bildirəcəyəm. Yaralılar haqqında heç bir məlumatımız yoxdur, iki ölü var", - deyib Lomgaria.


