Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Bir illik fəaliyyətini başa vuran “Zəhra Ana” yardımlaşma fondu xeyirsevərliyi ilə tanındı

649
Bir illik fəaliyyətini başa vuran “Zəhra Ana” yardımlaşma fondu xeyirsevərliyi ilə tanındı
Dinləmək üçün basın

Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma Fondu artıq 1 ildir ki, xeyriyyə işlərini davam etdirir. 7 nəfərdən ibarət idarə heyyətinin təşəbbüsü ilə təşkil olunan bu fonda 200 nəfərə yaxın könüllü…

Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma Fondu artıq 1 ildir ki, xeyriyyə işlərini davam etdirir. 7 nəfərdən ibarət idarə heyyətinin təşəbbüsü ilə təşkil olunan bu fonda 200 nəfərə yaxın könüllü yardımsevər vətəndaşlarımız (ayda azı 5-10 lari olmaqla) daimi yardım köçürür. Bu günə qədər ümumilikdə 30 min larilik xeyriyyə işləri həyata keçirilib.

InterPress.ge xəbər verir ki, bu sözləri fondun illik hesabatını təqdim edərkən fondun rəhbəri Laləzar İbrahimova söyləyib. 

O bildirib ki, məhz toplanan ianələr hesabına fond yarandığı gündən bir sıra xeyriyyə işləri həyata keçirib: Onlarla kimsəsizlərə, tək yaşayan yaşlı insanlara və hədsiz yoxsul ailələrə ümumilikdə 500 ərzaq paketi təqdim edib. 50 nəfərə yaxın imkansız xəstənin müalicəsinə və ya dərmanlarının alınmasına kömək edib. 30 aztəminatlı ailələrin uşaqlarını paltar, məktəb çantaları və dərs ləvazimatları ilə təmin edib. Evləri olmayan və ya qəza vəziyyətində olan 6 ailənin evlərinin müəyyən təmir işlərinə yardım əli uzadıb və 10 yoxsul ailənin evlərinin isitməsinə yardımçı olub. Fond yeni ildə, Qurban və Ramazan bayramında da yoxsul ailə və uşaqları hədiyyələrlə sevindirir.

Zəhra Ana Fondunun rəhbəri yardım edənlərə və bu yolda zəhməti keçən hər bir kəsə dərin minnətdarlığını bildirir, Allahdan özləri və ailələri üçün cansağlığı və bol ruzi diləyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →