Oktyabrın 15-16-da Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Məlumata görə, havanın temperaturu Qərbi Gürcüstanın aran rayonlarında +23, +28, Şərqi Gürcüstanın ovalığında +19, +24 dərəcə olacaq.
17 oktyabr günün ikinci yarısından oktyabrın 21 -dək Gürcüstanda nisbətən soyuq və rütubətli hava kütlələri, yağış, şimşək gözlənilir. Temperatur oktyabrın 18-də +15, +20, oktyabrın 19-20-də +12, +17 olacaq. Vaxtaşırı güclü külək əsəcək.
Tbilsidə 15-17 oktyabrda yağmursuz, 18 oktyabrdan isə yağışlı və küləkli hava gözlənilir. Havanın temperaturu 15-18 oktyabrda +20, +22 dərəcə, 19-20 oktyabrda +16, +18 dərəcə olacaq.
