Polis 69 nəfəri cərimələdi - VİDEO
Bütün ölkə miqyasında, fövqəladə vəziyyət rejimi və komendant saatının məhdudiyyətlərinin pozulmasına dair 69 yeni fakt müəyyən edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis komendant saatının pozulması faktı ilə əlaqədar, 8 may tarixindən 21:00-dan 9 may 6:00-a kimi bütün ölkə üzrə 55 vətəndaşı cərimələyib.
Bundan əlavə, ictimai məkanda 3 nəfərdən artıq insanın bir araya gəlməsi və 2 metrlik sosial məsafənin qorunmaması səbəbi ilə, 12 nəfər cərimələnib.
Hüquq-mühafizəçilər, sərnişinlərin daşınması və avtomobillə hərəkət qaydasının pozulması faktına görə daha 2 nəfəri cərimələyiblər.
Fövqəladə vəziyyət rejiminin pozulması fiziki şəxsin 3 min lari, hüquqi şəxsin isə 15 min lari miqdarında cərimələnməsini nəzərdə tutur.


