Tbilisidə “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirildi
Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirildi.
InterPress.ge xəbər verir ki, tədbir Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunub.
Tədbirin təşkilatçısı Toğrul Allahverdiyevin sözlərinə görə, forumun əsas məqsədi regionda sülhün təbliği və dəstəklənməsidir.
"Biz müharibəyə qarşıyıq və bölgədə sülhün olmasını istəyirik. Biz gənclər bölgədə sülhün tərəfdarıyıq. Düşünürük ki, media və gənclər bölgədə sülhü təbliğ etməlidir, çünki bu, onlardan asılıdır", - Toğrul Allahverdieyev bildirib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan və Azərbaycan mətbuatının, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Gənclər Fondunun və Gürcüstan ictimai xadimlərinin nümayəndələri iştirak ediblər.
Həmçinin tədbir çərçivəsində “Regionda medianın sülhə dəstəyi” və “Regionda gənclərin sülhdə dəstəyi” mövzularında panel müzakirələri aparılıb.


