14 
Okt
2021
19:23
2932

Mixail Saakaşvili etirazçılara müraciət edir

Azadlıq meydanında keçirilən mitinqdə Gürcüstanın üçüncü Prezidentinin məktubu oxunub.

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvili etirazçılara müraciət edib. 

Üçüncü prezidentin məktubunu onun vəkili və Mtavari Arxinin baş direktoru Nika Qvaramia oxuyub.

"Tək nəfərlik kameradan televizora baxaraq sizi salamlayıram. Ömrümün qalan hissəsini indi sizinlə birlikdə olmağa dəyişərdim. İlk istəyim və əsas arzum gürcülərin azadlıq və firavanlıq, ədalət və təhlükəsizlik ilə seçilən bir dövlətə sahib olması, qədim avropalıların Avropa ölkəsinin olmasıdır, bəli digər Avropa ölkələrinə turist kimi, oxumağa, biznes qurmağa gedək, amma həmişə mən qayıtdığım kimi  qayıtmalıyıq.

Bu gün niyə Gürcüstandayam?  Mən burdayam, çünki çox yaxın olan Ukraynada xoşbəxt ola bilməyəcəyəm, sevimli vətənimdə bu qədər bədbəxtlik görəndə başqa yerdə ola bilmərəm.

İnsanların ölkəmizi necə tərk etdiyini və Gürcüstanın  istedadlı, çalışqan və düzgün insanlardan necə boşaldığını duyğusuz izləyə bilmərəm. Vətənimizin məhv olmasına bir tərəfdə durub baxa bilmərəm, ölümü bundan üstün tuturam, ona görə burdayam. Mən burdayam və qəti şəkildə burada qalacağımı və rejimin məğlubiyyətinə, gürcü xalqının yoxsulluğa, korrupsiyaya, ədalətsizliyə, məhvə qarşı mübarizəsinə töhfəmi verməyə qərarlıyam. Gürcü xalqı ilə birlikdə vətənimizi Putin Rusiyasına sürükləyən İvanişvili rejiminə qarşı duraq.

Hamımız birlikdə bunun olmasına imkan verməməliyik və Gürcüstanı Qərbə doğru gedən yola, demokratiya, islahat və inkişaf işığına qaytaraq. İvanişvilinin Oçneba-sının gətirdiyi qaranlıq, yoxsulluq, ədalətsizlik və dağıntıyı keçmişdə buraxaq. Bunun üçün hamımız ölkə daxilində və xaricində birləşməliyik. İndi heç bir işarə ilə ayrılmağın vaxtı deyil. Nə partiya, nə də başqa bir işarə ilə. Gürcüstanı qurtarmaq və xilas etmək vaxtıdır və birlik bu gün çox vacibdir", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın