14 
Okt
2021
14:05
702

"Saakaşvili ağır cinayətlər və təxribatlar törətmək üçün gəldi" - Ğaribaşvili

"Arzulayırıq ki, bir gün bu insanlar öz səhvlərini, cinayətlərini düşünsünlər və ölkəmiz və xalqımız qarşısında məsuliyyətlərini dərk etsinlər. Bu baş verərsə, yalnız xoşbəxt olaram".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili jurnalistlərə qarşılıqlı barışıq mövzusundan danışarkən deyib.

“Məhbus Saakaşvili Gürcüstana yalnız və yalnız bir səbəblə - sabitliyin pozulması, iğtişaşlar, təxribatlar, o cümlədən ağır cinayətlər törətmək üçün gəldi. Allaha şükürlər olsun ki, ölkə və xalqımız üçün bu böyük sınaqdan və təxribatdan yayına bildik.

Kilsə nümayəndələrindən gələn çağırışlara gəldikdə, təbii ki, bunun hamının ortaq istəyi olduğunu başa düşürük. Arzulayırıq ki, bir gün bu insanlar öz səhvlərini, cinayətlərini düşünsünlər və ölkəmiz və xalqımız qarşısında məsuliyyətlərini dərk etsinlər. Bu baş verərsə, yalnız xoşbəxt olaram", - İrakli Ğaribaşvili deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər