13 
Okt
2021
18:11
1171

Mustafayev: "Sabah Marneulidən yüzlərlə tərəfdaşımız Mixail Saakaşviliyə dəstək üçün mitinqə gedir"

"Saakaşvilinin azadlığı üçün Marneulidən bizimlə birlikdə yüzlərlə insan mitinqə gedir".

InterPress.ge xəbər verir ki, bu barədə aksiyaya qoşulacaq qrupun təşkilatçılarından biri olan Aqil Mustafayev deyib.

A. Mustafayev qeyd edir ki, Saakaşviliyə dəstək üçün aksiyaya qoşulacaq bu qrupu təşkil edən o və Ceyhun Qarayevdir.

O, bildirir ki, onlarla aksiya qoşulacaq hərkəs könüllüdür və Mixail Saakaşvili sevərlərdir.

"Biz sabah keçiriləcək "Ümumi Xalq" mitinqinə Marneulidən olan yüzlərlə insanla birlikdə qatılacağıq. Bu aksiya hər hansı bir partiya tərəfindən keçirilən aksiya deyil, bu aksiya xalq tərəfindən keçirilir, biz xalqın keçirdiyi aksiyaya qoşuluruq. Bu aksiyaya qoşulmağımıza səbəb bu gün qeyri-qanuni şəkildə həbs olunmuş Mixail Saakaşvilinin azad olunmamasıdır. Bizimlə birlikdə yüzlərlə könülü, Mixail Saakaşvili sevərlər bu aksiyaya qoşulacaq", - deyə Aqil Mustafayev bildirib.

Mustafayev Gürcüstanın uğurlu gələcəyi sadəcə Saakaşvili ilə olduğunu qeyd edib.

"Bu aksiya Gürcüstanda baş verən qeyri-qanuni proseslərə son qoyacaq. Gürcüstan xalqı bu aksiyada kriminal hakimiyyətə dur deyəcək. Artıq vətəndaşlarımız bu hakimiyyətin səhv addımlarından yorulub. Xalq Saakaşvilini istəyir, xalq Saakaşvili ilə Gürcüstanın gələcəyini görür. Xalqın dəstəyi ilə Mixail Saakaşvilinin tez bir zamanda azad olunacağına əminik", - deyə A. Mustafayev bildirib. 

Mustafayev eyni zamanda bu aksiya qoşulmağ istəyənlərə müraciət edib.

"Biz sabah 15:00-da Marneulidə yerləşən Gülbahar şadlıq sarayının yaxınlığında toplaşacağıq. Bu aksiyaya qatılmaq istəyənlər bizə qoşularaq aksiyaya gedə bilər".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər