13 
Okt
2021
11:07
612

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 837 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 645 195 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 586 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 605 581 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 26 nəfər ölüb və ölənlərin ümumi sayı 9 332 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın