ABŞ müdafiə naziri Lloyd Austin Gürcüstana səfər edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi brifinqdə bildirib.
“Müdafiə naziri və komandası gələn həftə Avropaya səfərə hazırlaşır. Müdafiə naziri Gürcüstan, Ukrayna və Rumıniyaya səfər edəcək", - Pentaqon sözçüsü bildirib.
O bildirib ki, Pentaqon rəhbəri daha sonra NATO müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə yollanacaq.
Con Kirbin səfərin dəqiq tarixini açıqlamayıb.
