Daxili İşlər Nazirliyi iki nəfəri saxladı
Daxili İşlər Nazirliyinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda Samçxe-Cavaxetiya və Acariyada qanunsuz odlu silah, habelə döyüş sursatı götürərək 2 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayır.
Qurumdan verilən məlumata görə, Samçxe-Cavaxeti və Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları qanunsuz olaraq odlu silah almaq və saxlamaq ittihamı ilə Adiqeni Bələdiyyəsində T.Ğ.-nı saxlayıblar. Sözügedən şəxsin mənzilinə baxış zamanı sübut kimi Kalaşnikov sistemli "AKS" pulemyot sübut kimi götürülüb.
İkinci şəxsə gəldikdə - əvvəllər məhkum olunmuş 1989 -cu il təvəllüdlü R.M., Acarıstan Polis Departamentinin Batumi şəhər şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah və döyüş sursatını almaq-saxlamaq və daşımaq ittihamı ilə saxlanılıb. Polis sübut olaraq 2 ədəd "Makarov" sistemli tapança, 2 maqazin və 14 ədəd patron götürüb.
Odlu silah və döyüş sursatının qanunsuz alınması-saxlanması və alınması-saxlanması-gəzdirilməsi faktları Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə araşdırılır.
Cinayətlərdə 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.


