12 
Okt
2021
11:36
702

Marneulidə 31 məcburi köçkün ailəsinə ev verildi

Marneulidə məcburi köçkün ailələri üçün kənd tipli qəsəbə salınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Qaçqınlar, Eko-Miqrantlar və Yaşamaq Mənbələri ilə Təminetmə Agentliyindən məlumat verilib.

İdarədən verilən məlumata görə, müasir standartlara cavab verən 31 ev illərdir bərbad vəziyyətdə yaşayan ailələrə təhvil verilib.

“Yenilikçi layihənin həyata keçirilməsi Almaniya və Gürcüstan hökumətləri arasında uğurlu əməkdaşlıq nəticəsində ayrılan 10 milyon avroluq qrant çərçivəsində mümkün olub. Yeni kəndin yaxınlığında uşaq bağçasının inşasına da başlanılması vacibdir.

Bundan əlavə, layihə məcburi köçkün ailələrinin torpaq sahələrində 200-dən çox evin tikintisini, məcburi köçkün qəsəbələrində 24 kiçikmiqyaslı infrastruktur layihəsinin həyata keçirilməsini, səkkiz yeni uşaq bağçasının tikintisini və iki məktəbəqədər müəssisənin bərpasını nəzərdə tutur. Ölkə daxilində işlərin çoxu artıq başa çatıb", - məcburi köçkünlər agentliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın