12 
Okt
2021
10:58
478

Gürcüstanda son 24 saat ərzində koronavirusla bağlı olan vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 775 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 640 358 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 623 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 603 995 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 37 nəfər ölüb və ölənlərin ümumi sayı 9 306 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın