Dünyada koronavirusa yoluxanların sayı dörd milyonu ötüb.
Bu barədə InterPress.ge worldometers.info-a istinadən xəbər verir.
Statistikaya görə, dünya üzrə ümumilikdə 4 014 500 nəfər COVID-19 daşıyıcısı qeydə alınıb.
Yoluxanlardan 1 387 259 nəfər sağalsa da, 276 253 nəfər bu virusdan ölüb.
Yoluxma sayına görə ilk yerdə ABŞ (1,322,163), ikinci yerdə İspaniya (260,117), üçüncü yerdə isə İtaliya (217,185) qərarlaşıb.
