Bu şəxslər 20 oktyabradək kompensasiya almaq hüququ əldə edəcəklər
Kompensasiya məbləğini almaq üçün, şəxsiyyət vəsiqəsi aktiv olmayan şəxslər oktyabrın 20 -dək sənədi aktivləşdirə biləcəklər. Müvafiq dəyişiklik Gürcüstan Hökumətinin 286 saylı qətnaməsinə daxil edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Məşğulluğun Təşviqi Agentliyinin yaydığı məlumatda deyilir.
"Yeni koronavirus (SARS-COV-2) infeksiyasının (COVID-19) səbəb olduğu zərərin azaldılması üzrə məqsədli dövlət proqramının təsdiq edilməsi haqqında" Gürcüstan Hökumətinin 286 saylı qərarına dəyişiklik edildi (https://bit.ly/3BvYxbn). Dəyişikliyə əsasən, proqram çərçivəsində kompensasiya almaq hüququ olan, lakin kompensasiya köçürmə dövründə şəxsiyyət vəsiqəsi statusunun aktiv olmaması səbəbindən kompensasiyanı ala bilməyən şəxslərə kompensasiya almaq məqsədilə şəxsiyyət vəsiqəsinin aktivləşdirilməsi üçün 20 oktyabra qədər vaxt verildi.
Dövlət Məşğulluğun Təşviqi Agentliyi, kompensasiya vəsaitini qərarla müəyyən edilmiş müddətdə köçürəcək”, - məlumatda deyilir.


