Ramazan ayının 15-ci gününün imsak, iftar duası və vaxtları
Ramazan təqviminə əsasən, mayın 9-da imsak Tbilisi vaxtı ilə saat 03:56-da, iftar vaxtı isə 20:26-dadır. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.
15-ci günün imsak vaxtının duasını təqdim edirik:
Duanın oxunuşu: “Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin”.
Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”
İftar duası:
Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!


