11 
Okt
2021
13:45
1169

Bir həftə ərzində 7 məktəb koronavirusa görə distant təhsilə keçdi

Bir həftə ərzində 7 məktəb və 90 ayrı sinif distant təhsilə keçib.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyindən məlumat verilib.

"Kovid aşkar edildikdə, daxili yayılmaların qarşısını almaq üçün məktəblər səhiyyə sektorunun nümayəndələrindən alınan tövsiyəyə uyğun hərəkət edir və ayrı bir sinif və ya məktəb dərhal distant təhsilə keçir.

Bildiyiniz kimi, məktəblər 2020-2021-ci tədris ilində kovidi Səhiyyə Nazirliyinin tövsiyələrinə və tətbiq etdiyi qaydalara uyğun olaraq idarə edirdi və Gürcüstanın heç bir məktəbində daxili yayılma baş vermədi. Bizim üçün əsas olan uşaqların sağlamlığını qorumaqdır. Bunun üçün bir daha bütün məktəb ictimaiyyətindən - müəllimlərdən və valideynlərdən vaksinasiyaya qoşulmalarını xahiş edirik. Yalnız müəllimlərin vaksinasiyası uşağın sağlamlığını qorumaq üçün kifayət deyil, uşaq sağlam ailə mühitinə sahib olmalıdır", - Təhsil Nazirliyindən bildirilib.

Məlumat üçün bildirək ki, məktəblərdə tədris prosesi oktyabrın 4 -dən başlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər