11 
Okt
2021
13:35
376

Beka Basilaia - "Ac adamın vəziyyəti hər an pisləşə bilər"

Mixail Saakaşvilinin vəkilləri Qiorqi Qelxauri, Beka Basilaia və Nika Qvaramia, Rustavi 12 -ci Cəzaçəkmə Müəssisəsində Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili ilə görüşə gedib.

InterPress.ge xəbər verir ki, görüşdən soran Beka Basilaia açıqlama verib.

Vəkillərdən Beka Basilaianın dediyinə görə, ac adamın vəziyyəti hər an pisləşə bilər və Penitensiar Xidmətin Mixail Saakaşvilinin heç bir şeyinin olmadığını bildirməsi ictimaiyyətin gözünə kül tökməkdir.

"Bu gün aclığının onuncu günüdür və bu, onun sağlamlığını ağırlaşdıracaq, bu təbiidir.

Dünən Penitensiar Xidmət onun sağlamlıq vəziyyəti, qan təzyiqi və s. ilə əlaqədar bəyanat yaydı. Ac adamın vəziyyəti hər an pisləşə bilər və Penitensiar Xidmətin Mixeil Saakaşvilinin yaxşı olduğunu söyləyərək sakitləşdirməsi, cəmiyyətin gözünə kül tökməkdir. Saakaşvilinin quru aclıq aksiyası keçirdiyini dəfələrdə demişik, bu barədə açıq danışmışıq. Bal aldığı və yemək yediyi yalandır. İnsan müəyyən təbii şirələr içirsə, bu da aclıqdır", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər