08 
May
2020
19:15
1223

Uçqun altında qalan şəxs tapılıb

Üç gün davam edən axtarışdan sonra xilasedicilər Pşaveli-Omalo yolunun 36-cı kilometrliyində uçqun altında qalan adamın cəsədini tapıblar.

InterPress.ge xəbər verir ki, bu haqda Fövqəladə Hallar İdarəetmə Xidmətindən verilən məlumatda bildirilir.

Agentliyin məlumatına görə, hadisə yerinə 5 ekipaj və xüsusi texnika cəlb olunub. Dərənin aerodinamik monitorinqi aparılıb. Ağır meteoroloji şərait axtarışları çətinləşdirib. Hidroloqların məlumatına görə, dərəyə 532 min ton qar və torpaq düşüb. Daimi uçqun təhlükəsi var idi.

Qeyd edək ki, Tuşeti yolunun sözügedən hissəsindəki uçqun barədə məlumat mayın 5-də Daxili İşlər Nazirliyinin "112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə daxil olub. Hadisəni bildirənin sözlərinə görə, qəzada iki vətəndaş xəsarət alıb, onlardan biri xilasedicilər tərəfindən xilas edilib. Xəstəxanaya çatdırılaraq müvafiq tibbi yardım göstərilib.

Bizimlə əlaqə saxlayın