Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə bu tarixdə genişmiqyaslı aksiya elan edildi

2,130
Tbilisidə bu tarixdə genişmiqyaslı aksiya elan edildi
Dinləmək üçün basın

Vahid Milli Hərəkatın sədri və Tbilisi merliyinə ümumi namizəd Nika Melia oktyabrın 14-ü saat 18: 00- a Tbilidə, Azadlıq Meydanında genişmiqyaslı mitinq elan edib.

Vahid Milli Hərəkatın sədri və Tbilisi merliyinə ümumi namizəd Nika Melia oktyabrın 14-ü saat 18: 00- a Tbilidə, Azadlıq Meydanında genişmiqyaslı mitinq elan edib.

InterPress.ge xəbər verir ki, mitinqin əsas tələbi Mixail Saakaşvilinin azad edilməsi olacaq.

Nika Melia, bu bəyanatı Zuqdidi Dairə Seçki Komissiyası qarşısında keçirilən aksiyada edib və digər müxalifət partiyalarını etiraz aksiyasına çağırıb - "Hər kəsi böyük məmnuniyyətlə dəvət edirik", - Melia deyib.

"14 oktyabr saat 18: 00 -da Tbilisidə çox insan toplanmalıyıq. Son 10 ildə heç vaxt toplanmadığımız kimi çox olmalıyıq.

Mixail Saakaşvilinin olması lazım olan yerdə olması Milli Hərəkatın arzusu deyil, borcudur. Ancaq bu tamamilə açıq bir aksiyadır və hər kəsi böyük məmnuniyyətlə dəvət edirik, bütün dünya və beynəlxalq ictimaiyyət başa düşsün ki, Bidzina İvanişvilinin istədiyi olmamalıdır ki, istədiyi adamı tutsun və öz çirkin təbliğatı ilə beynini yusun", - Melia bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →